Bayramda hava yağıntılı olacaq
19 Sentyabr 2009 Şənbə 12:20
Rayonlarda şimşək çaxacaq, yağış yağacaq
Bayram günlərində ölkə ərazisində hava buludlu olacaq. Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə olacaq.
Sentyabrın 21-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 21-24 dərəcə olacaq.
Sentyabrın 22-də isə buludlu hava şəraitinin gündüz arabir açılacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 19-22 dərəcə olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 20-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-27 dərəcə, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə olacaq.
Qeyd edək ki, sentyabrın 20-21-də müsəlmanlar Ramazan bayramını qeyd edirlər.
Sentyabrın 21-22-də rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 20-24, dağlarda gecə 7-10, gündüz 13-17 dərəcə istilik müşahidə ediləcək.
DOSTLARINLA PAYLAŞ: