Bayramda hava buludlu olacaq
18 Mart 2011 Cümə 11:59
Bayramda hava buludlu olacaq. Ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bayramda hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-16° isti olacaq.

Martın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-13° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən hava yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Bayram günlərində martın 20-21-də hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə dumanlı keçəcək. Lakin 21-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, 20-də arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar