Bayram günü yağış yağacaq
18 Mart 2010 Cümə Axşamı 11:00
Paytaxtda küləyin sürəti 15-17 m/s təşkil edəcək
Bakıda və Abşeron yarımadasında yaxın 3 gündə buludlu hava hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün havanın səhər saatlarında buludlu, ancaq yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18 m/s olacaq, gündüz şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23-25 m/s təşkil edəcək, axşama doğru yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Martın 19-da hava şəraiti buludlu olacaq, gecə və səhər yağış yağacaq, gündüz havanın açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə arabir 23-25 m/s-dək güclənəcək, gündüz şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Bayram günü martın 20-də hava şəraitinin buludlu olacağı, arabir açılacağı, yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s olacaq, gündüz arabir 15-17 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam ayrı-ayrı rayonlarda yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15-20 m/s olacaq, gündüz ayrı-ayrı rayonlarda 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

19-20 martda bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, axşam və gecə ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin surəti 7-12 m/s olacaq, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək, martın 20-də gündüz şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar