Bayram günlərində yarmarkalar təşkil olunacaq
18 Mart 2010 Cümə Axşamı 12:00
Yarmakalarda məhsulların çeşidləri artırılıb
Bayram günlərində Bakı əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək üçün təşkil edilən yarmarkalar bir neçə gün davam edəcək. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimovun ANS TV-yə verdiyi məlumata görə, bayramla əlaqədar yarmakalarda məhsulların çeşidi də artırılıb.

Onun sözlərinə görə, artıq müəyyə orqanlara tapşırıqlar verilib ki, Bakı şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını yaxşılaşdırmaq üçün, rayonlardan gələn məhsulların çeşidi artırılsın:

“Bu yarmarkalar bir neçə gün davam edəcək və məhsulların qiymətləri bazarda olan məhsulların qiymətlərindən xeyli ucuz olacaq. Sahibkarlara öz məhsullarını yer üçün rüsum ödəmədən sərbəst şəkildə satmaq üçün şərait yaradılacaq”, deyə İ. İbrahimov bildirib.

İ. İbrahimov deyir ki, bu yarmarkaların davam etdirilməsi əhalinin müəyyən təbəqəsinin ərzaq məhsullarına olan tələbatının maksimum ödənilməsinə yönəldilib. O hesab edir ki, əhalinin böyük əksəriyyəti də bu işdən çox razıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar