Bayram günlərində hava necə olacaq?
18 Mart 2011 Cümə 11:46
Martın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 12-16 dərəcə isti olacaq.

Martın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 3-5, gündüz 9-13 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında martın 19-da hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Martın 20-21-də hava, əsasən, yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin martın 21-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 20-də arabir güclənəcək. Gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar