Bayıl yamacında vəziyyət nə yerdədir?
26 Avqust 2011 Cümə 14:59
Bayılda çatların səbəbini araşdırmaq üçün yeni işçi qrupu yaradılıb
Bakının Səail rayonunda Bayıl yamacında yaranan çatların səbəbini araşdırmaq üçün yeni işçi qrupu yaradılıb. Bu qrupun əsas işi fəsadların aradan qaldırılması üçün qlobal proqram hazırlamaqdan ibarət olacaq. Sürüşmə zonasında izoylasiya və bərkitmə işləri isə artıq sona çatdırılır.

Baş nazirin müavini Abid Şərifov başda omaqla faktla əlaqədar bir sıra qurumlar mütəmadi olaraq hadisə yerində yaradılan qərargahda müşavirə keçirir, məsləhətləşmələr aparırlar. Hadisənin təbii amillərlə bağlı olduğu bildirilsə də, baş nazirin müavini son günlərdə yağan yağışlardan sonra çatların parametrlərində heç bir dəyişikliyin olmadığını deyir. “Çatlar doldurulub. İndi çuxurlara başlamalıyıq. Ekspertlər də hadisə yerindədir. Hələ işlər gedir. Yağışdan sonra elə bir ciddi dəyişiklik yoxdur. Səbəblər hələ öyrənilir”.

Qeyd edək ki, sürüşmənin aktivləşməsilə bağlı Teleteatrdan Bayıl istiqamətinə gedən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yüksək tonnajlı avtomobillərin bu zonadan hərəkətinə isə ümumiyyətlə qadağa qoyulub.

Xatırladaq ki, Bayıl yamacındakı sürüşmə zonasında bu ayın ilk 10 günlüyündə aktivlik müşahidə olunub. Nəticədə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidəsindən, Neftçilər prospektinə qədər olan ərazidə çat zolağı yaranıb. Asfalt örtüyünün üzərində bir neçə yerdən eninə və uzununa çatlar əmələ gəlib. Təhlükəlik dərəcəsinə görə seçilən Bayıl yamacında sürüşmənin ölçüsündə artma dinamikası müşahidə olunur. Belə ki, 1996-cı ildə baş verən sürüşmənin eni 150 metr idisə, 2000-ci ildə baş verən sürüşmənin eni 350 metr olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar