Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevə hökm oxunub.
ANSPRESS-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə N.Quliyevin 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verilib.
Hökmə əsasən, baş redaktorun əmlakı da müsadirə olunub.
İttihama görə, N. Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilib. ANSPRESS
Baş redaktora 13.3 il iş verildi
O, Nazim Quliyev vətəndaşları hədələyərək onlardan pul almaqda günahkar bilinib




Şərhlər