Baş prokuror Zakir Qaralov şikayətləri dinləyəcək
05 Sentyabr 2014 Cümə 17:52
Baş prokuror Zakir Qaralov Zaqatala rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar