Baş nazir və spiker səs verdi
09 Oktyabr 2013 Çərşənbə 13:52
Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail, Artur Rasizadə isə 16 saylı Yasamal ikinci seçki dairəsində səsvermə hüququndan istifadə edib.
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov prezident seçkisində səsvermədə iştirak edib. ANS PRESS-in verdiyi məlumata görə, Milli Məclisin spikeri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib. Parlamentin spikeri səsverməyə ailə üzvləri ilə birgə gəlib.
Baş nazir Artur Rasizadə də səs verib. Hökumət başçısı 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
DOSTLARINLA PAYLAŞ: