Baş Dövlət Yol Polisi İdarəsində yeni təyinat
03 Aprel 2010 Şənbə 23:50
Ərəstun Məcidov Yol-Patrul Xidməti şöbəsinə rəis təyin olunub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin olunub.

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun əmri ilə həmin vəzifəyə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovun namizədliyi təsdiq olunub. Bunu DİN-in mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov bildirib.

Usubovun digər əmrinə əsasən, polis polkovnik-leytnantı Kamran Əliyev ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar