Barni və Dostları Milli Parkda flaşmob keçirdi
04 May 2014 Bazar 19:34
ANS TV-nin efirində yayımlanan Barni və Dostları muziklinin qəhrəmanı uşaqlarla rəqs edib və şəkil çəkdirib.
ANS TV-nin efirində yayımlanan “Barni və Dostları” muziklinin Dənizkənarı Milli Parkda flaşmobu keçirilib.

ANS PRESS-in məlumatına görə, uşaqların dostu olan Barni ətrafına körpələri toplayıb və onlarla rəqs edib. Barni uşaqlara təbiətə biganə qalmamağın vacibliyindən danışıb. Uşaqlar isə valideynlərinin əhatəsində “Barni və Dostları” muziklinin sədaları altında Barni ilə rəqs ediblər.

Daha sonra Barni uşaqlara maraqlı suallar verib və şən əyləncəli yarışlar keçirilib. Yarışların qalibinə “ANS PRESS Nəşriyyat Evinin” nəşri olan “Bala Dili” jurnalı hədiyyə edilib. Musiqi sədaları altında Barni uşaqlara kitab oxumağın faydaları, davranış qaydaları, ağacların həyatımızdakı əhəmiyyəti barəsində məlumat verib.

Tədbir zamanı Barni dostları olan uşaqlara Azərbaycan, bayrağımız və onun rəngləri barəsində də danışıb. Flaşmob zamanı “Biganə qalma”, “Kitab”, “Bülbül”, “Nakkuli”, “Davranış qaydaları”, “Qalxaq ağacın budağına”, “Azərbaycan bayrağı” adlı mahnılar səsləndirilib. Tədbirin sonunda Barni bütün uşaqlara “Bala Dili” jurnalı hədiyyə edib və onlarla birlikdə şəkil çəkdirib.

































DOSTLARINLA PAYLAŞ:

oyunlar