“Bank Standard”ın “Uduşlu pul köçürməsi" qalibi bəlli oldu
26 Yanvar 2010 Çərşənbə Axşamı 11:20
“Bank Standard”ın “Uduşlu pul köçürməsi” aksiyasının birinci tirajı keçirilib.
Dünən yanvarın 25-də “Uduşlu pul köçürməsi” aksiyası çərçivəsində “Bank Standard”ın mərkəzi ofisində lotereyanın ilk tirajı keçirilib.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, lotereyanın qalibi bankın “Əcəmi” filialının müştərisi Həşimov Ramin olub. O, mayekristal ekranlı və 106 sm diaqonallı televizora sahib olub.
Xatırladaq ki, aksiyada iştirak etmək üçün “Bank Standard”da 1000 dollar, 1000 avro, 30 000 rubl və daha artıq məbləğdə təcili pul köçürmək və ya almaq şərtdir. Hər bir belə köçürmə müştəriyə növbəti tirajda bir şans qazandırır. Lotereya şanslarına məhdudiyyət qoyulmur.
Qeyd edək ki, lotereyanın ikinci tirajı 2010-cu il fevral ayının 25-də keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: