Bank sektorunda korrupsiya halları artıb
25 İyul 2009 Şənbə 12:50
Bu barədə ANS PRESS-ə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib

 

2009-cu ilin ilk yarımilliyində Azərbaycanda korrupsiya faktları ilə bağlı 55 cinayət işi başlanıb. Bu barədə ANS PRESS-ə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

İdarə rəisi bildirib ki, bələdiyylərlə bağlı başlanmış 5 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, 11 cinayət işinin istintaqı isə idarədə davam etdirilir.

Kamran Əliyevin sözlərinə görə, korrupsiya faktları daha çox bələdiyyələr, təhsil, səhiyyə və sosil müdafiə sahələrini əhatə edir. "Bu ilin ilk yarısında ötən illin müvafiq dövrü ilə müqayisədə bank və kredit qrumları ilə bağlı korrupsiya halları artıb".

Xatırladaq ki, 2008-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 121 nəfər barəsində 70 cinayət işi üzrə ibtidai araşdırmalar yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Azərbaycan prezidentinin 2004-cü il 3 mart tarixli, 114 nömrəli Sərəncamı ilə yaradılıb. İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Azərbaycanın Baş prokuroruna tabedir.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar