“Bank of Baku” Xaçmaza filial açıb
18 Noyabr 2009 Çərşənbə 13:45
Ölkəmizin regionlarında daha 5 “Bank of Baku” filialının açılması nəzərdə tutulub
“Bank of Baku” ASC Xaçmaz şəhərində yeni filialının açılışını keçirib. Yeni Xaçmaz filialı bankın regionlarda fəaliyyət göstərən sayca beşinci filialı oldu.
“Bank of Baku”nun mətbuat xidmətindən verilən məlumata görə, yeni filialın xidmət zonası yarım milyon nəfərədək əhalinin yaşadığı ərazini əhatə edir. Belə ki, filialın xidmətindən Xaçmaz rayonunun əhalisi ilə yanaşı, həmçinin Quba, Qusar və Dəvəçi rayonlarının əhalisi də faydalana bilərlər.
“Bank of Baku”nun yeni filialın açılmasında məqsəd bank xidmətlərinin effektivliyini artırmaq, müştəri bazasını genişləndirmək və ən əsası isə ölkənin şimal bölgəsində yaşayan müştərilərin çeşidli bank xidməti və məhsullarından faydalanmasını təmin etməkdir.
Filial, fiziki və hüquqi şəxslərə hesabların açılması, kassa-hesablaşma əməliyyatlarının aparılması, əmanətlərin qəbul edilməsi, təcili pul köçürmələri, telefon, mobil və internet rabitəsi üzrə ödənişlərin həyata keçirilməsi, istehlak kreditlərinin, mikrokreditlərin verilməsi, plastik kartların sifarişi və s. bank xidmətlərini göstərəcək.
Qeyd edək ki, “Bank of Baku”nun uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi mühüm istiqamətlərindən birini təşkil edir. Belə ki, 2011-ci ilin sonunadək xidmət zonasınının filial şəbəkəsi hesabına artırılması və ölkəmizin regionlarında daha 5 filialın açılması nəzərdə tutulub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar