Balaxanıda qaz kəmərində sızma olub, əhali evakuasiya olunub
09 İyul 2011 Şənbə 15:46
Hadisəyə səbəb ehtiyatsızlıq olub.
Bakının Balaxanı kəndindəki “Balaxanı Asfalt Zavodu”nun yaxınlığında yerləşən yeni salınmış yaşayış massivindən keçən qaz kəmərində sızma baş verib. ANS-in məlumatına görə, hadisənin baş verdiyi ərazidən 40 metr radiusda yerləşən yaşayış evlərinin sakinləri təcili olaraq təxliyyə edilib.

Bndan sonra dərhal hər hansı baş verəcək partlayışın qarşısını almaq üçün əraziyə qazın verilməsi dayandırılıb və Fövqəladə Hallar Nazirliyinin, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları işə başlayıb. Qəzanın nəticələrinin aradan qaldırılmasına 8 saata yaxın vaxt tələb gedib.

"Azəriqaz" İstehsalat Birliyinin Abşeron magistral qaz kəmərləri sahəsinin təmir tikinti şöbəsinin əməkdaşı Ramiz Mustafayev qaz sızmasının qonşunun ehtiyatsızlığı ucbatından baş verdiyini və hazırda qəzanın nəticələrinin tam olaraq aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, artıq asfalt zavod ərazisi tam olaraq mavi yanacaqla təmin edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar