Balaxanı poliqonunda minə yaxın ağac əkilib
04 Aprel 2011 Bazar Ertəsi 13:04
Balaxanı poliqonunda minə yaxın ağac əkilib


Bakı - APA-Economics. Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC-nin əməkdaşları poliqon ərazisi və ətrafında yaşıllaşdırma işləri aparıb.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində ərazidə 1000-ə yaxın ağac və bəzək kolları əkilib.
Qeyd edək ki, Balaxanı poliqonu ərazisində yaşıllaşdırma kampaniyası artıq ənənəvi hal alıb. 2010-cu ildə poliqon yaxınlığında bir neçə dəfə yaşıllaşdırma və abadlıq işləri aparılıb, 2000-dən çox ağac və bəzək kolları əkilib. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar