Balakən rayonunda 7-8-ci əsrlərə aid küp tapılıb
18 İyul 2011 Bazar Ertəsi 10:30
Azərbaycanın Balakən rayonunda 7-8-ci əsrlərə aid küp tapılıb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Tarix İnstitutunun əməkdaşı, tarixçi alim Akif Məmmədli məlumat verib. Məlumatda bildirilir ki, iyulun 15-də Balakən rayonunun mərkəzinə yaxın qəbiristanlıqlardan birində qəbir qazarkən hündürlüyü 85 sm, diametri isə 190 sm olan təsərrüfat küpü və bir neçə saxsı qablar aşkar edilib. Həmin ərazidə xeyli qədim bir tikilinin bünövrəsi də üzə çıxıb. Arxeoloqlar aşkar olunan saxsı qabların və küpün VII-VIII əsrlərinə aid olduğunu bildirirlər. Mütəxəssislərin fikrinə görə, həmin ərazidə arxeoloji qazıntı aparılarsa, bu barədə daha geniş rəy vermək olar. apa


DOSTLARINLA PAYLAŞ:

oyunlar