Bala Dili jurnalı abunəçilərini sevindirəcək
29 Aprel 2014 Çərşənbə Axşamı 16:25
Bakı Əyləncə Mərkəzində Bala Dili jurnalı bütün abunəçiləri üçün şənlik təşkil ediləcək.
May ayında "Bala Dili"nin 9 yaşı tamam olur. Bu münasibətlə iyun ayının 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Əyləncə Mərkəzində jurnalın bütün abunəçiləri üçün şənlik təşkil ediləcək.
Ad günü şənliyində bütün abunəçilərə “Bala Dili” jurnalının xüsusi hədiyyələri təqdim ediləcək.

Qeyd edək ki, şənlikdə yalnız “Bala Dili”nin abunəçiləri valideynləri ilə birlikdə iştirak edə bilər. Bütün abunəçilərə dəvətnamə ünvanlanacaq.

Şənlikdə iştirak etmək isəyənlər jurnala abunə olmalıdır.

Xatırladaq ki, “Bala Dili” jurnalı 1-9 yaşlı uşaqlar üçün nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar