Baku Build 2013 ve Xezer İnşaat Heftesi başladı
23 Oktyabr 2013 Çərşənbə 11:46
Bakıda Xezer İnşaat Heftesi keçirilir. Bu ilki sergide dünyanın 32 ölkesinden 490 şirket iştirak edib.
“BakuBuild 2013” inşaat sərgisi keçirilir. ANS PRESS-in verdiyi məlumata görə, xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbiri - “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi “Xəzər İnşaat Həftəsi”nə start verib.

İlk dəfə olaraq, Bakı Ekspo Mərkəzinin bütün dörd zalı, eləcə də kompleksin foyesi və xarici meydançası iştirakçılar tərəfindən tam tutulub. Bu il ümumi meydançası üzrə 20% artım nümayiş etdirən sərgidə dünyanın 32 ölkəsindən 490 şirkəti iştirak edib.

Sərgidə iştirak edən şirkətlər ziyarətçilərə müasir və qabaqcıl inşaat texnologiyalarını, tikinti materiallarının çeşidini, eləcə də santexnika və tikinti-inşaat texnikasını təqdim edirlər. Sərginin bu ilki ekspozisiyasına həm açıq meydançalar, həm də qapalı ərazilər üçün nəzərdə tutulmuş idman inventarı və uşaq meydançaları, habelə mebel əşyaları daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar