Bakıya yeni evakuatorlar gətirilir
15 Mart 2014 Şənbə 14:10
Vaqif Əsədov: Kimliyindən asılı olmayaraq icazə olmayan yerdə saxlanılan maşınlar götürüləcək.
Avtomobilinin 5 dəqiqəlik yolun kənarında qoyub mağaza gedən, qayıtdıqda isə işıq sürətilə avtomobillərin yoxa çıxdığı vəziyyəti ilə yəqin ki, sürücülərin çoxları rastlaşıb.

Maşınları bu cür sürətlə aradan təbi ki, çıxardan evakutorlardır. Bəs avtomobili evakuatora qaldırarkən ona hər hansı bir ziyan dəydikdə məsuliyyəti kim daşımalıdır sualına sıradakı sujetdə cavab tapmağa çalışacağıq.

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, bundan sonra şəhərin mərkəzi küçələrinə dayanan avtobomobillər daha çox evakatiorlarla götürüləcək. Bunun üçün paytaxta yeni evakuatorlar gətirilir.

“Çox təəssüflər olsun ki, bəzi sürücülər yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişməsində, piyada səkilərində hətta parklarda belə qəza duracaq işıqlarını yandırmaqla özlərinə bəraət qazandırmağa çalışır. Kimliyindən asılı olmayaraq bu nişanların təsir zonasında dayanan sürücülərə heç bir xəbərdarlıq etmədən tədbir görüləcək və məlumat üçün bildirirəm ki, artıq yeni evakuasiya avtomobillərin gətirilməsi nəzərdə tutlur, sözsüz ki, evakuasiya avtomobillərinin sayı çox olduqca şəhərin mərkəzi küçələrindən kənarda da belə bu tədbirlər davam etdiriləcək”, - deyə Vaqif Əsədov bildirib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar