Bakıya yağış yağacaq, külək güclənəcək
22 Aprel 2011 Cümə 12:04
Həftəsonu hava qeyri-sabit olacaq
Həftəsonu ölkə ərazisində soyuq hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 22-dən 23-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 12-17° isti olacaq.

Aprelin 24-də hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah fasilələrlə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti,
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Aprelin 24-də gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti tə.kil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar