Ölkə

Bakıya təzə heyvanlar gətirilib

Parkın ən yaşlı sakini 36 yaşlı lama, ən kiçiyi isə bir ay əvvəl doğulan cırtdan maral hesab olunur

· Xəbərçi
Bakıya təzə heyvanlar gətirilib
Bakı Zooparkına Belarusun Minsk zooparkı ilə imzalanan müqaviləyə əsasən altı növ heyvan gətirilib.

Qeyd edək ki, hazırda heyvanxanada quşlar, sürünənlər, balıqlar və vəhşi heyvanlar fəsiləsinə aid 1200-dən çox heyvan saxlanılır. İndi parkın ən yaşlı sakini 36 yaşlı lama, ən kiçiyi isə bir ay əvvəl doğulan cırtdan maral hesab olunur.

Xatırladaq ki, Bakıda heyvanxananın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. İndiki zoopark isə 1984-cu ildə istifadəyə verilmiş və ərazisi 2001-ci ildən sonra genişləndirilib. ANSPRESS

Şərhlər