Fevrlaın 4-dən 5-ə keçən gecə paytaxt Bakıya yağan güclü qar yağışı ilə əlaqədar yolların buz bağlaması 20 nəfərin xəsarət alması ilə nəticələnib. Bu barədə ANS PRESS-ə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Rauf Tağıyev məlumat verib. Dünən səhər saatlarından bu gün səhər saatlarına qədər Təcili Yardım Stansiyasına 8-i qadın olmaqla 20 nəfər müraciət edib. Onların hamısı ilkin tibbi yardımdan sonra ərazi üzrə xəstənaların travmotologiya şöbələrinə yerləşdirilib.
Xəsarət alanlardan bir neçəsi sınıq, digərləri isə müxtəlif travmalarla bağlı müraciət edib. Hazırda onların vəziyyəti kafidir. ANSPRESS
Bakıya qar yağması 20 nəfəri xəstəxanalıq edib
Bakıya qar yağması 20 nəfəri xəstəxanalıq edib. Onlardan 8-i qadındır.




Şərhlər