Bakıya qar yağır
18 Mart 2010 Cümə Axşamı 17:20
Bakıya qar yağır. Qarı güclü külək müşahidə edir.
Novruz bayramı ərəfəsində paytaxt Bakıya qar yağıb. Bu gün axşam saat 17:00 radələrində yağmağa başlayan qar yağışı səhər saatlarından başlayan güclü küləklə müşahidə edilir.

Hidrometeoroloqların proqnozuna görə, Qara dəniz üzərindən ölkə ərazisinə daxil olan soyuq atmosfer cəbhəsi bu gündən etibarən respublikanı tərk edəcək. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyevanın ANS-ə verdiyi məlumata əsasən, sabah səhərdən başlayaraq, soyuq şimal küləyinin sürəti azalacaq və günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Qeyd edək ki, sinoptiklər bu gün paytaxtda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağının gözlənildiyini bildirmişdilər. Bu gün cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18 m/s olacaq, gündüz şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23-25 m/s təşkil edəcək, axşama doğru yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi bildirilirdi.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam ayrı-ayrı rayonlarda yağış yağacağı proqnozlaşdırılırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar