Bakıya gətirilən yeni taksiləri 3 illik kreditlə almaq olar
16 İyun 2011 Cümə Axşamı 14:54
Bakıda taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər yeni taksiləri «Bakı-Taxi» şirkətindən də ala bilərlər.
Bu barədə «APA-Economics»ə şirkətin direktoru Rauf Orucov bildirib.
Onun sözlərinə görə, bütün xərcləri nəzərə alanda yeni taksilərin Bakıda satış qiyməti 33 min manata çatacaq. İstəyənlər bu maşınları kreditlə də ala bilərlər: «Müraciət edən olsa, maşınların 3 il müddətinə kreditlə satışı da mümkündür».
R.Orucov bildirib ki, «Bakı Taksi» şirkəti korporativ müştərilərə də taksi xidməti göstərmək niyyətindədir: «Bu, bizim üçün əsas istiqamətlərdəndir və biz bununla bağlı iri şirkətlərlə danışıqlar aparırıq. Yaxın vaxtlarda «Bakı Expo» mərkəzi ilə belə müqavilə bağlanacaq».
Qeyd edək ki, indiyədək Bakıya 100 yeni taksi avtomobili gətirilib. Hazırda onların 80-i istismar edilir. İlin sonunadək daha 900 taksinin gətirilməsi nəzərdə tutulub. Bu taksilərin dayanması üçün Bakı şəhərində 69 taksi dayanacağı ayrılıb. APA
DOSTLARINLA PAYLAŞ: