Keçidin çıxışlarından biri Dövlət bayraq Meydanına olacaq.
Bakının mərkəzində daha bir piyada keçidi istifadəyə verilir. Milli.Az-ın məlumatına görə, Dövlət Bayraq meydanın yaxınlığında yeni yeraltı piyada keçidi tikilib. Hazırda keçiddə pilləkənlərdə və eskalatorda son tamamlama işləri aparılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, yeni tikilən keçidin inşasına 2011-ci ilin sonlarında başlanılıb. Keçidin hər tərəfə iki çıxışı olacaq. Onlardan biri Dövlət bayraq Meydanına çıxacaq.
ASC rəsmisi qeyd etdi ki, keçidin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.