Bakının yeni təhlükə mənbəyi
04 İyun 2014 Çərşənbə 16:56
Bir ay ərzində ilan sancma diaqnozu ilə 30 nəfər xəstəxanalara müraciət edib.
Bir ay ərzində ilan sancma diaqnozu ilə 30 nəfər xəstəxanalara müraciət edib.

ANS TV-nin məlumatına görə, ilan sancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edənlər ambulator və stansionar müayinə olunublar. Hələ ki ölüm halları qeydə alınmasa da bəzi xəstələr ağır formada toksikologiya şöbəsinə yerləşdirilib.

Toksikologiya Şöbəsinin taksikoloqu İsmayıl Əfəndiyev deyir ki, bəzən xəstəyə ilan sancan kimi həmin yeri sıx bağlayırlar ki, bu da sonda onlar üçün mənfi nəticələrə gətirib çıxarırır. Bəzən isə bu ölümlə nəticələnir. Bunun üçün isə xəstəyə ilk tibbi yardım düzgün aparılmalıdır, xəstyə isti mayelər verilməli və daha sonra isə xəstə təcili olaraq həkimə gətirilməlidir. Əgər gecikmə halları olarsa, o zaman ölüm hallarının da olması qaçılmazdır.

Ən çox ilan sancmalarına orta yaşlı insanlarda rast gəlinib.

Toksikologiya şöbəsinə “qara qurd” sancması ilə əlaqədar isə 2 nəfər müraciət edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar