Bakının turist atlası hazırlanır
26 May 2011 Cümə Axşamı 12:47
Atlasın məzmunu və onun bədii tərtibatı Bakının özünəməxsus həyatını əks etdirir.
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində Bakı şəhərinin Turist Atlası nəşrə hazırlanır.Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsilə əlaqədar olaraq nəşr edilən 100 səhifədən ibarət atlasın formatı 21,5x30,0 sm-dır.
Komitədən verilən məlumata görə, ilk dəfə nəşr olunan atlasın məzmunu və onun bədii tərtibatı Bakının özünəməxsus həyatını əks etdirir. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən atlasda turist obyektləri ilə yanaşı, xüsusi dövlət müəssisələri, memarlıq abidələrı, səfirliklər, banklar, tibbi mərkəzlər və s. obyektlər əksini tapıb. Atlasın hər səhifəsi aerogörüntülərlə təkrarlanır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: