Bakının təmiz və çirkli çimərlikləri açıqlandı
14 İyun 2011 Çərşənbə Axşamı 17:06
Çimərlik mövsümü başlasa da, vətəndaşları Abşeron çimərliklərindən hansında çimməyin təhlükəsiz olması düşündürür.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya Xidməti insanların bu narahatlığına son qoydu. Qurum Bakı və Abşeron çimərliklərinin hansında çimməyin düzgün olmasına aydınlıq gətirdi. Xidmətin rəhbəri Ziyəddin Kazımov bildirib ki, dəniz suyunda aparılan yoxlamalar başa çatdırılıb.
Onun sözlərinə görə, ötən il respublika sanitar baş həkimin müavini tərəfindən Bakının Qaradağ rayonu ərazisində, Sahil və Səbail rayonu ərazisindəki Şıx çimərliyində vətəndaşların çimməyinin qadağan olunması barədə qərar verilmişdi. Orada bakterioloji çirklənmə normadan dəfələrlə artıq idi. Eyni zamanda yaşayış massivində çirklənmələr müşahidə olunurdu. Bu il təkar aparılan laborator müayinələrin nəticələrinə görə, bütün Abşeron yarımadasında yerləşən çimərliklərin dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Yalnız Şıx və Sahil çimərliyində, eyni zamanda Sumqayıt şəhərinin ərazisindəki çimərliklərdə çimmək olmaz.
Z.Kazımov qeyd etdi ki, respublikanın cənub və şimal zonalarında yerləşən çimərliklərdə dəniz suyu norma daxilində olduğunda vətəndaşlar səmərəli istifadə edə bilərlər: “Bura Pirşağı, Zaqulba, Nardaran, Bilgəh, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Türkan, Hövsan çimərlikləri daxildir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: