Bakının “nümunəvi” avtobus dayanacaqları
14 İyul 2013 Bazar 07:58
Paytaxtın bəzi yerlərində lazımsız dayanacaqlar quraşdırılıb.
Bakıda quraşdırılan bəzi avtobus dayanacaqları heç kimə xidmət göstərmir. Onlardan bir neçəsi yararsız vəziyyətdədir, bir çoxu avtobusa minmək üçün əlverişsiz yerlərdə quraşdırılıb, digərlərinin qarşısından isə ümumiyyətlə marşrut keçmir.
Nəriman Nərimanov prospektindəki bu dayanacaq yoldan xeyli kənarda yerləşir. Buna görə də sərnişin avtobusa minmək üçün öncə qazon sahəsini, daha sonra isə park edilmiş maşınların arasından keçməlidir. Məsafəni qət edənə qədər yəqin ki, avtobusa çatmaq mümkün olmayacaq. Bu isə sərnişinlərin narazılığına səbəb olur.
Təbriz küçəsində quraşdırılan dayanacağın qarşısından isə ümumiyyətlə avtobus keçmir.
Nəqliyyat Nazirliyindən məsələnin araşdırılacağı və lazımi tədbirlərin görüləcəyi bildirilib.
DOSTLARINLA PAYLAŞ: