Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb
19 Mart 2011 Şənbə 13:02
Sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur
Bayram tədbirləri ilə bağlı paytaxt Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. “Niyazi”, “İstiqlaliyyət” küçələri, Qoşa Qala qapısı, “Əziz Əliyev” küçəsi, dənizkənari bulvar boyunca “Neftçilər” prospekti, Azneft dairəsi və əks istiqamətlə “Azadlıq” meydanı, “Üzeyir Hacıbəyov” küçəsi, “Zərifə Əliyeva” prospekti, “Rəsul Rza” küçəsində avtomobillərin park edilməsinə icazə verilməyəcək. Bu istiqamətlə kəsişən digər küçə və prospektlərdən bütün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Ümumiyyətlə, “Neftçilər” prospekti ilə şəxsi avtomobillərini idarə edən sürücülərə şənlik iştirakçılarının rahat hərəkəti üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur və xahiş edilir ki, dənizkənarı bulvar istiqamətinə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar