Ölkə

Bakının mağazalarında saxta məhsullar satılır

Nizami, Sabunçu və Səbaildə 85 kq yararsız ərzaq məhsulu məhv edilib.

· Xəbərçi
Bakının mağazalarında saxta məhsullar satılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında növbəti monitorinqlərini keçirib. Nazirliyin mətbuat xidmətindən ANS-PRESS-ə verilən məlumata görə, monitorinqlər zamanı ümumi çəkisi 85 kq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bu məhsullar əsasən Bakının Nizami Rayonunda

Q.Qarayev prospekti, ev 74 A ünvanında Gülzadə Həsrətovaya məxsus mağazada, Ə.Əzimzadə küçəsi, ev 34/60 ünvanında İlham Talıbova və İnqilab Nağıyevə məxsus mağazalarda, Q.Qarayev prospekti, 2380-cı məhəllə, ev 103 ünvanında yerləşən "İnci market"də, B.Nuriyev küçəsi, 55/57 ünvanındakı "Təbriz market"də, Nəsimi küçəsi, 2520-2521-cı məhəllədə Xanpaşa Hüseynova məxsus mağazada,

Sabunçu rayonunda:

Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1 ünvanında Cəmilə İrzaquliyevaya məxsus mağazada,

Səbail rayonunda

Z.Tağıyev küçəsi, ev 6 ünvanında yerləşən "Romaşka market"də aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

ANSPRESS

Şərhlər