Bakının ən uzun tıxacı
07 Mart 2014 Cümə 16:28
Bu gün Bakı və paytaxtın girəcəyində yollarda böyük tıxac müşahidə olunub.
ANS PRESS-in məlumatına görə, payataxtın əksər yollarında avtomobillərin hərəkətində sıxlıq yaşanır. Səhər saatlarında “Elmlər Akademiyası”, “Gənclik” metoru yaxınlığı, Biləcəri-Xırdalan yolu, Bakı-Sumqayıt yolu, Üzeyir Hacıbəyov küçəsi, Tbilisi, Azadlıq, Moskva, Heydər Əliyev, Atatürk prospektlərində və s. ərazilərdə tıxac hökm sürüb.
Maraqlı orasındadır ki, avtomobillərin sıx olduğu yollarda yol polisi gözə dəyməyib.
DOSTLARINLA PAYLAŞ: