Bakı Afrika şəhərlərindən də çirklidir.
Dünyanın ən çirkli şəhəri sən demə Qafqazda imiş, daha doğrusu Azərbaycanda. Belə ki, “NYC” Beynəlxalq Reytinq Şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərib ki, Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən çirkli şəhərləri siyahısında “lider”dir.
Şəhərlərin çirkliliyi baxımından tərtib olunan siyahıda ikinci sırada Efiopiyanın paytaxtı Əddis-Əbaba, üçüncü sırada isə Meksikanın paytaxtı Mexikodur.
Ən çirkli ilk 30 şəhər arasında 4-cü yeri Banqladeşin paytaxtı Dəkkə tutur. Maraqlısı isə odur ki, Türkiyədən heç bir şəhərinin adı bu siyahıda yoxdur. Siyahının sonunda, yəni 30-cu yerdə Kolumbiyanın paytaxtı Baqota şəhəri qərarlaşıb.
Dünyanın ən çirkli şəhərlərinin siyahısını sizə təqdim edirik:
1. Bakı (Azərbaycan)
2. Əddis-Əbaba (Efiopiya)
3. Mexiko (Meksika)
4. Buenos Ayres (Argentina)
5. Antananarivu (Madaqaskar)
6. Dəkkə (Banqladeş)
7. Layidi (Nepal)
8. Dar-us-Salam (Tanzaniya)
9. Banqui (Mərkəzi Afrika Respublikası)
10. Lome (Toqo)
11. Pointe-Noire (Konqo)
12 . Moskva (Rusiya )
13. Pretoria (Cənub Afrika)
14. Quaqadaqau (Burkina Faso)
15. Bamako (Mali)
16. Bişkek (Qırğızıstan)
17. Karakas (Venesuela)
18. Luanda (Anqola)
19. Mərakeş (Mərakeş)
20. Bağdad (İraq)
21. Yeni Dehli (Hindistan)
22. Cakarta (İndoneziya)
23 .Ndjamena (Çad)
24. Brazzavill (Konqo)
25. Almatı (Qazaxıstan)
26. Havana (Kuba)
27. Qahirə (Misir)
28. Nayrobi (Keniya)
29. Tehran (İran)
30. Boqota (Kolumbiya)
ANSPRESS