Bakının bir rayonunda su verilişində məhdudiyyətlər olacaq
07 Yanvar 2012 Şənbə 11:48
Dövlət Bayraq Meydanında tikinti işləri ilə əlaqədar, magistral su kəməri başqa əraziyə köçürülür.
Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar buradan keçən 500 mm-lik magistral su kəməri başqa əraziyə köçürülür. “Azərsu” ASC-nin Mətbuat xidməti və
ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, bununla əlaqədar yanvarın 7-də Səbail rayonunun bəzi hissələrinə (Z.Əliyeva, Ü.Hacıbəyov küçələri, Neftçilər prospekti, Bayıl qəsəbəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar