Bakılı gəlinin Türkiyədə milyon dollarlıq məhkəmə iddiası
10 Fevral 2014 Bazar Ertəsi 07:29
Osmanova, boşandıqdan sonra şirkətə aid sənədlərdən birinə başqası tərəfindən onun imzasının atıldığını bildirib.
Böyük bir turizm şirkətinin idarə heyətinin rəhbəri olan Hakan Erkin Evsenlə şirkətin ortaqlarından və Evsenin keçmiş həyat yoldaşı olan azərbaycanlı Heyran Osmanova arasında qalmaqal baş verib. ANS PRESS “Sabah” qəzetinə istinadən xəbər verir ki, respublika prokukrorluğuna müraciət edən 39 yaşlı Osmanova, boşandıqdan sonra şirkətə aid sənədlərdən birinə başqası tərəfindən onun imzasının atıldığını bildirib.
Heyran Osmanova həmçinin şirkətdə baş verən maliyyə sıxıntısı zamanı ailəsinin Bakıdan göndərdiyi 1 milyon 100 min dollar məbləğində pulun da qaytarılmadığını deyərək bunun üçün ayrıca məhkəmə iddiası qaldıracağını qeyd edib.
5 ilə qədər həbsi tələb olunan Evsen isə saxta imzadan xəbəri olmadığını deyib. Şirkətin finans rəhbəri Şuayp Dursun Erol imzanın səhvən atıldığını, bunu kimin etdiyini xatırlamadığını bildirib.
DOSTLARINLA PAYLAŞ: