Bakıelektrikşəbəkə xəbərdarlıq edir
19 May 2010 Çərşənbə 11:40
Bakıelektrikşəbəkə xəbərdarlıq edir. Borclu abonentlərin işığı kəsiləcək.
“Bakıelektrikşəbəkə” ASC borcları olan abonenetlərə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 21 may saat 10:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet sayt (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: