"Bakıelektrikşəbəkə" borclu abonentlərə xəbərdarlıq edir
06 İyun 2009 Şənbə 08:35
Abonentlər elektrik enerjisinə görə yaranmış borclarını 8 iyun saat 12:00-a qədər tam şəkildə ödəməlidirlər

Borclu abonentlərin elektrik enerjisi ilə təminatı qeyd-şərtsiz dayandırılacaq. “Bakıelektrikşəbəkə” ASC abonentlərdən elektrik enerjisinə görə yaranmış borclarını 8 iyun saat 12:00-a qədər tam şəkildə ödənilməsini xahiş edir. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin qurumun internet saytından (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar