Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yeni tikiləcək metro stansiyası «Avtovağzal», Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yeni tikiləcək metro stansiyası «Dərnəgül» adlandırılıb.
Bakı şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteninə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. APA
Bakıda yeni tikiləcək metro stansiyalarının adları müəyyənləşib
Azərbaycan Nazirlər Kabineti Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarına adlar verib.




Şərhlər