Bu gün Bakıda metronun “Nizami” stansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun adını daşıyan parkın açılışı olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Görülən işlərlə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub və Bakı şəhərinin inkişafında mühüm rol oynayıb. O öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirə bilib. ANSPRESS
Bakıda yeni park açılıb
Prezident “Nizami” metrostansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun adını daşıyan parkın açılışında iştirak edib.




Şərhlər