Bakıda yeni avtomobil yolu tikilir
31 Mart 2014 Bazar Ertəsi 08:59
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun Koroğlu stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri aparılır.
Tikinti işlərinə 2013-cü ilin may ayında başlanıb.
İnşaat işlərini həyata keçirən “Azvirt” MMC-dən verilən xəbərə görə, layihəyə görə, ümumi uzunluğu 17 kilometr olacaq 6 hərəkət zolaqlı yolun hərəkət zolağının eni 3,75 metr təşkil edəcək.
Yol boyu 2 körpü, 2 tunel və 2 piyada keçidinin tikintisi nəzərdə tutulub. Ümumilikdə 1 milyon 300 min kubmetr torpaq işlərinin görülməsi və müxtəlif diametrli 19 min paqonmetr drenaj borularının qoyulması planlaşdırılıb.
Layihə üzrə tikinti işləri 2015-ci ildə tamamlanacaq.
DOSTLARINLA PAYLAŞ: