Bakıda yağış yağacaq, şimşək çaxacaq
14 İyun 2011 Çərşənbə Axşamı 03:08
Bəzi rayonlarda dolu yağacağı gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərədə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi olan temperatur şəraiti və digər biometeoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar