Bakıda yağış, rayonlarda dolu yağacaq
13 İyun 2011 Bazar Ertəsi 01:36
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, havanın temperaturu gecə 16-21° isti, gündüz 24-28° isti təşkil edəcək.

Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli invensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam- Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-27° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti təşkil edəcək, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar