Bakıda universitetde telebeler aksiya keçirir
21 Oktyabr 2013 Bazar Ertəsi 15:14
Bakıda universitetde telebeler aksiya keçirir. Onlar verecekleri yazılı imtahanlardan şikayet edirler.
Azərbaycan Dövlər Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirir. Bu barədə univetsitet tələbələri ANS PRESS-ə məlumat verib. Tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir.

Qeyd edək ki, tələbələr əvvəlcə testlə imtahan versələr də, indi universitet rəhbrəliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr bununla razı deyil. Onlar imtahanın testlə deyil, yazılı olması barədə imtahana az müddət qalmış xəbər verilməsi barədə məlumat verib.

Hazırda mindən çox tələbə aksiyaya qoşulub. Məsələ ilə əlaqədar Universitetlə əlaqə saxlamağa çalışdıq. Lakin təhsil müəssisəsində telefona cavab verə biləcək heç bir səlahiyyətli şəxs tapa bilmədik. Telefona cavab verən xanımlar universitetdə aksiya olduğunu təsdiqlədilər. Lakin məsələ ilə bağlı açıqlama vermədilər.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, məsələ araşdırılır və yaxın saatlarda açıqlama veriləcək.





















DOSTLARINLA PAYLAŞ:

oyunlar