Bakıda uçan boşqab göründü
15 İyul 2011 Cümə 16:20
Vətəndaşlar naməlum obyekt uçan boşqabı Xətai rayonu ərazisində görüblər.
Dünən gecə Bakı üzərində naməlum uçan boşqab görünüb. Əvvəlcə bu barədə ANS PRESS-ə Elnur adlı oxuculardan biri xəbər verdi. Xətai rayonu Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığında yaşayan Elnur görünən naməlum obyektin şəklini çəkərək bizə göndərib. O, naməlum obyekti təxminən saat 19:00 radələrində gördüyünü bildirib. Elnur həmin obyektin şəklini çəkərkən gözlərinə qəfildən şiddətli işıq düşdüyünü deyir. Sonradan obyekt qəfildən yoxa çıxıb.

Etiraf edək ki, əvvəlcə şəkilə baxanda düşündük ki, bu, adicə fotomontajdır. Çünki bu ölçüdə uçan boşqab şəkli indiyədək görməmişdik.

Lakin sonradan ANS PRESS-in daxil olan daha bir oxucu məktubunda bildirdi ki, bu gecə saat 02:40 radələrində Xəzər dənizi sahilləri yaxınlığında, daha dəqiq desək, Xətai rayonu ərazisində uçan boşqab görünüb. Çox təssüf ki, həmin vaxt oxucumuzun üstündə kamera olmadığından həmin obyekti qeydə ala bilməyib.

Elnur adlı oxucumuzun bizə elektron poçtla göndərdiyi fotonu təqdim edirik. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar