Bakıda uçan bina ilə bağlı rəsmi açıqlama
27 Yanvar 2014 Bazar Ertəsi 13:02
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Nərimanov rayonu ərazisində binanın bir hissəsinin uçması və nəticədə iki nəfərin ölməsi ilə bağlı hadisəyə rəsmi açıqlama gəlib.

ANS PRESS Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb.

Bu zaman həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi "Ford", Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi "Opel", Məftun Süleymanovun idarə etdiyi "Hyundai", Sahib Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər əzilib, "Mitsubshi" markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölüblər.

Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar