Bakıda sabiq sədr küçənin ortasında vəfat etdi
10 Oktyabr 2013 Cümə Axşamı 16:28
O, işlədiyi təhsil ocağının qarşısında dünyasını dəyişib.
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri küçənin ortasında vəfat edib. Milli.az-ın məlumatına görə, hazırda Neft Akademiyasının qazçıxarma və geologiya kafedrasının müəllimi işləyən 63 yaşlı Fərman Vəlizadə təhsil ocağının qarşısında dünyasını dəyişib.

Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 220 ünvanında yerləşən akademiyanın qarşısında onun halı pisləşib və ailə üzvlərinin yanında keçinib. F.Vəlizadə uzun müddət ürək-damar çatışmazlığından müalicə alıb.

Onu da əlavə edək ki, F.Vəlizadə bir müddət “Azəriqaz” QSC-nin sədri işləyib. O, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Bundan sonra akademiyada müəllim, laboratoriya müdiri işləyirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar