Bakıda Norveç Krallığının Vəliəhdi Hookonun şərəfinə nahar verilib
07 İyun 2011 Çərşənbə Axşamı 01:03
Norveç Krallığının Vəliəhdi Prezident İlham Əliyevlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Dövlət başçısı Norveç Krallığının Vəliəhdi Hookonun Azərbaycana səfərinin maraqlı olacağına, ölkəmizi tanımaq baxımından bu səfərin yaxşı imkan yaradacağına əminliyini bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Norveç arasında əlaqələrə 1994-cü ildə enerji sahəsində əməkdaşlıqla başlanıldığını qeyd edib. Azərbaycan-Norveç əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev Norveçin Statoil şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın önəmini qeyd edib. Dövlət başçısı Vəliəhd Hookonun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı işinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
Norveç Krallığının Vəliəhdi Hookon Azərbaycana səfərindən məmnunluğunu bildirib. Bakıda keçirilən XVIII Beynəlxalq “Neft və qaz, neftayırma və neft kimyası” sərgi və konfransının əhəmiyyətini vurğulayan Vəliəhd Hookon Azərbaycanın regionda mühüm rolunu, Avropanın enerji məsələlərində etibarlı tərəfdaş olduğunu qeyd edib. Norveç Krallığının Vəliəhdi ölkəsinin Azərbaycan ilə enerji sektorunda əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Norveç Krallığının Vəliəhdi Hookonun şərəfinə rəsmi nahar da verilib.
DOSTLARINLA PAYLAŞ: