Ölkə

Bakıda mərkəzi yollar bağlanıb

Yolların bağlanması təmir-tikinti işlərilə əlaqədardır

· Xəbərçi
Bakıda mərkəzi yollar bağlanıb
Paytaxtın mərkəzi küçələri bir müddət bağlı qalacaq. Bu barədə ANS PRESS-əBakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, İstiqlaliyyət küçəsindən Niyazi küçəsin və Niyazi küçəsindən Azərbaycan prospekti istiqamətində bütün yollar təmir-tikinti işlərilə əlaqədar bağlanıb. Yollarda hərəkətin bərpa olunması isə təmir işlərinin yekunlaşmasından asılıdır.

Bakı şəhər DYPİ sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür.

Şərhlər