Bakıda limonadın tərkibində bağırsaq çöpləri tapılıb
17 İyul 2012 Çərşənbə Axşamı 19:03
İstehlaka yararsız 800 litr sərinləşdirici içkinin məhv edilməsi barədə sahibkara icrası məcburi göstəriş verilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi, 4a ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes və tərxun limonadlarının və qazlı suların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalardan koli-indeksin normadan dəfələrlə çox olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, istehlaka yararsız 800 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Süleyman Süleymanova icrası məcburi göstəriş verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar